Ofislərdə rəng seçimi əhəmiyyətlidir

Ofislərdə rəng seçimi əhəmiyyətlidir

İnsanın təkamülü boyu rənglərin dilinin fitri instinktiv anlayışı onları sağ qalmağa sövq etmişdir. Bu şüuraltı instinkt bizim ətrafımızı necə qəbul etdiyimizə çox təsir edir. İstənilən rəng görəndə instinktiv şəkildə reaksiya veririk. Bilsək də, bilməsək də, rənglər gündəlik davranışımıza təsir edir. Qırmızı işıq gördüyümüz zaman avtomobilimizi dayandırmaq beynimizin rənglərə necə reaksiya verdiyinin əsas nümunəsidir, çünki rəng təkrarlanan, standartlaşdırılmış sistemin bir hissəsi kimi istifadə edildikdə, o, avtomatik, intuitiv reaksiyaya çevrilir.

Rəngin istifadəsi koqnitiv ardıcıllıq prinsipinə əsaslanır. İnsanlar ümumiyyətlə keçmiş hadisələrin nəticələrinə əsaslanaraq öz qərarlarını verdikləri üçün yaşıl işığı görəndə biz irəliləyirik. Ardıcıllıq olmadıqda, insanlar özlərini daha çox narahat hiss etməyə başlayırlar və qərar vermə proseslərini uzatmağa meyllidirlər. Bu vəziyyət həm də koqnitiv dissonans kimi tanınır. Bu son dərəcə sadə nümunələrdən də göründüyü kimi, bir çox tədqiqatda müxtəlif rənglərin insanların qavrayış və duyğularına təsir etdiyini göstərir. Rənglər yaddaşı işə sala, marağı artıra, əlaqəni artıra, diqqəti yayındıra və ya bədbəxtlik hissləri yarada bilər. Demək olar ki, ofislərdə istifadə olunan rənglərdə nə qədər ardıcıllıq varsa, oradakı insanların hərəkətləri bir o qədər səmərəli olur. Ofisin rəngi işçilərin ümumi əhval-ruhiyyəsinə böyük təsir göstərir.

İstər iclas otağı, istərsə də iş masası və ya ümumi sahə olsun, iş mühitinin rəngi işçilərin motivasiyasına, məhsuldarlığına, yaradıcılığına, əhval-ruhiyyəsinə və ətraf mühitin qavrayışına təsir edə bilər.

Bir çox şirkət korporativ şəxsiyyətlərinə uyğun rənglərdən istifadə etməyə meyllidir. Rəngin bu istifadəsi müştərilərin gözündə yaradılması arzu olunan brend qavrayışını gücləndirmək üçün qeydiyyat masasından başlayır, amma rənglər təkcə müştərilər üçün deyil, həm də günün çox hissəsini iş mühitində keçirən işçilər üçün çox daha təsirli olur. Rənglərin insanların əhval-ruhiyyəsinə təsirindən çıxış edərək, müştərilər üçün cəlbedici, işçilər üçün isə rahat, və hətta evdəki kimi özlərini hiss edəcək bir mühit yaratmaq lazımdır.. Unutmayaq ki, heç kim qorxu və ya narahatlıq hiss etdiyi bir mühitdə olmaq istəməz. Buna görə də, iş mühiti üçün dizayn ideyası ilə çıxış edərkən, rəng seçiminin arxasında duran “psixologiyanı” nəzərə almaq lazımdır.

Bir tərəfdən həyəcanlı, xoşbəxt və enerji verici rənglərlə gözləri yormayacaq, yaradıcılığı, məhsuldarlığı və əməkdaşlığı artıracaq, sakitləşdirici, düşünərək problem həllini təmin edəcək yeni bir atmosfer və işçiləriniz üçün uyğun rəngləri seçərək həm xoş, həm də rahat iş mühitləri yarada bilərsiniz. Bunun üçün hər səviyyə üçün iş mühitinə nəzər salın. Divarlar darıxdırıcıdır? Səmərəli və məhsuldar mühitdən daha çox adi bir binaya bənzəyirmi? Rəhbər ofisindən istehsala qədər hərtərəfli nəzərdən keçirin və şirkətinizin əsas fəaliyyətlərinin nədən ibarət olduğunu qiymətləndirin. İşçilərinizin yenilikçi və yaradıcı olmaları, tapşırıqları diqqətlə yerinə yetirmələri və ya bəzi fiziki işlər görmələri lazım olub-olmadığını çox yaxşı təhlil edin. İşçilərin məhsuldarlığını artırmaq üçün hər bir şöbə üçün rəng bölgüsünü buna uyğun planlaşdırmaqla, işçilərin əhval-ruhiyyəsindəki müsbət inkişafların işə əks olunmasının müsbət nəticələrini görəcəksiniz.