Heç nə yə baxmayaraq, Ofisə Qayıdacağıq

Heç nə yə baxmayaraq, Ofisə Qayıdacağıq

Heç nə yə  baxmayaraq, Ofisə QayıdacağıqKorona virusu iş tərzimizi çox tez dəyişdi. Uzaqdan işləmə yeni bir seçim olaraq ortaya çıxdı. ' Ofislər evlərə daşınacaq?' sualı birdən hamının gündəminə düşdü.

Keçən ilin may ayında apardığımız sorğu araşdırması göstərdi ki, məşhur inancın əksinə olaraq, “hər zaman evdən işləmək istəyən”lərin nisbəti 7% olaraq qalıb. İştirakçıların 48,7%-i ofisdə işləmək istədiklərini bildirib. Həm ofisdə, həm də evdə işləmək istəyənlərin nisbəti 43,9% təşkil edib.

Amma may ayından bizim baxışlarımız dəyişməyə başlayıb.

Bu ilin fevral ayında Linkedin-də izləyicilərimizdən soruşduğumuzda gördük ki, keçən il bir çoxumuz ofisdə işləmək üçün darıxsaq və bir an əvvəl ofisə qayıtmaq istəsək də, bu il həm evdən həm də ofisdən işləməliyik deyənlər çoxluq tə şkil etdi.

Ancaq evdə işləməyin də öz çətinlikləri var. Ekran qarşısında keçirdiyimiz vaxt özümüzü yorğun hiss etməyimizə və bu da stressə səbəb olur. Bundan əlavə, ev mebellərinin işləməyə uyğun olmaması səbəbindən ekran qarşısında olma zərurəti özü ilə daha çox boyun və bel ağrılarını gətirir .

Heç nə yə  baxmayaraq, Ofisə QayıdacağıqHBR (Harvard Business Review) tərəfindən aparılan bir araşdırma, uzaqdan çalışan işçilərin 55%-nin iş və şəxsi həyatı tarazlaya bilmədiklərini hiss etdiyini ortaya qoydu. Başqa bir araşdırmaya görə, işçilər evdə özlərini təcrid olunmuş hiss etmir və peşəkar bir yerə ehtiyac duyurlar. Ona görə də ofisə qayıtmaq istəyirlər. Morgan Stanley-in araşdırmasına görə, işçilər orta hesabla həftədə 3 gün ofisdə işləməyə üstünlük verirlər.

Deyəsən, həyat normallaşdıqca ofislərimizə qayıdacağıq, amma evdən işləməyin üstünlüklərini də gözardı etməyək :)

Sağlam qalın...